Cinayətdə şübhəli bilinən 20 nəfər saxlanıldı


Digərləri 25 May 2018 10:19:00 262 0

Cinayətdə şübhəli bilinən 20 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 122 cinayət faktı qeydə alınıb, onların da 20-i "isti izlər"lə açılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 14, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.