Gədəbəydə ağacları kəsən şəxs cərimələnib


Digərləri 25 May 2018 10:14:00 226 0

Gədəbəydə ağacları kəsən şəxs cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Gədəbəy rayonu Arıqıran kəndi ərazisində ağac kəsintisi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Gədəbəy rayonu Arıqıran kəndi ərazisində ağac kəsintisi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən araşdırılıb. ETSN-dən Trend-ə verilən məlumata görə, araşdırma zamanı Gədəbəy rayonun Arıqıran bələdiyyəsinə məxsus torpaq sahəsində köküstə yaş 2 ədəd gavalı ağacının kənd sakini Sahib Məmmədov tərəfindən kəsildiyi aşkar edilib və təbiətə 220 manat məbləğində ziyan dəydiyi məlum olub.