Deputatlarımız NATO PA-nın yaz sessiyasında iştirak edir


Digərləri 25 May 2018 10:01:00 289 0

Deputatlarımız NATO PA-nın yaz sessiyasında iştirak edir

Mayın 25-də Polşanın Varşava şəhərində NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayacaqdır.

Bakı. Elçin Mehdiyev - Mayın 25-də Polşanın Varşava şəhərində NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayacaqdır. Trend-in məlumatına görə, sessiyada Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov iştirak edəcəklər. Sessiyanın komitə iclaslarında Qara dəniz bölgəsində demokratiya və insan hüquqlarının təşviqi, NATO-nun Şərqdə qarşıalma siyasətinin gücləndirilməsi, Müasir təhlükəsizlik mühitində xüsusi əməliyyat qüvvələrinin rolu, Əfqanıstanda yerli və regional təhlükəsizliyin qarşılıqlı əlaqəsi, Kosmik sənayenin gələcəyi, Mərkəzi və Şərqi Avropada enerji təhlükəsizliyi və digər mövzular müzakirə olunacaqdır. NATO Parlament Assambleyasının yaz sessiyası mayın 29-da başa çatacaqdır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin