Toronto şəhəri ətrafında yerləşən restoranda partlayış olub, yaralananlar var


Dünya 25 May 2018 09:43:19 278 0

Toronto şəhəri ətrafında yerləşən restoranda partlayış olub, yaralananlar var

Partlayışı iki nəfər əldəqayırma partlayıcı qurğunu işə salmaqla törədib

Toronto ətrafında yerləşən Mississoqe şəhərində restoranda partlayış baş verib.

"Report" xəbər verir ki, hind restoranında baş verən hadisə nəticəsində 15 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya yerləşdirilib. Üç yaralının vəziyyəti ağırdır.

Məlumata görə, partlayışı iki nəfər əldəqayırma partlayıcı qurğunu işə salmaqla törədib.