120 mindən çox sakini sevindirəcək XƏBƏR - Bu avtomobil yolu yenidən qurulur


Digərləri 25 May 2018 09:48:00 173 0

120 mindən çox sakini sevindirəcək XƏBƏR - Bu avtomobil yolu yenidən qurulur

Şirvan-Salyan avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.

Bakı. Samir Əli - Şirvan-Salyan avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. "Azərbaycan Avtomobil Yoları" Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, uzunluğu 31 km olan Şirvan-Salyan avtomobil yolu Salyan və Şirvan rayonları arasında yerləşir. Yolun başlanğıcı Şirvan şəhəri, sonu isə M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 47-ci km-dir. II texniki dərəcəyə uyğun yenidən qurulan avtomobil yolunun ümumi eni 15 metr təşkil edir. Bura 7.5 metr enində hərəkət hissə, və hər bir sitiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla bərabər 3.75 metr təşkil edəcək. Layihə çərçivəsində yolun normativ eninin alınması üçün zəruri olan yerlərdə genilədirmə işləri aparılır, yolun deformasiyaya uğramiş yatağı qazılaraq çıxarılır, genişləndirilmiş və qazılaraq çıxarılmış ərazilərə yararlı qrunt tökülərək yayılır və kipləşdirilir. Torpaq yatağı hazır olan hissələrdə yol əsasının inşası işləri aparılır. Yol əsasının alt layı 30 sm qalınlıqda qum-çınqıl, üst layı isə 12 sm qalınlıqda optimal-qırmadaş qarışığından inşa edilir. Bunun ardınca yolun asfaltlanması işləri aparılır. 2 laydan ibarət asfalt-beton örtüyü üçün 7 sm qalınlıqda iri dənəli, 5 sm qalınlıqda isə xırda dənəli asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.