Senator: "Mən Fransada dini azadlığın ləğv edilməsi uğrunda çalışanlara Azərbaycanı misal göstərirəm"


Siyasət 25 May 2018 08:42:17 254 0

Senator: "Mən Fransada dini azadlığın ləğv edilməsi uğrunda çalışanlara Azərbaycanı misal göstərirəm"

"Azərbaycana məxsus ikinci bəyəndiyim xüsusiyyət qadınlarla kişilər arasında bərabərlikdir"

"Mən Fransada dini azadlığın ləğv edilməsi uğrunda çalışanlara Azərbaycanı misal göstərirəm".

"Report"un Qərbi Avropa bürosunun məlumatına görə, bu sozləri senator, Senatda Qafqaz qrupunun rəhbəri Alən Uper Parisin Beynəlxalq Diplomatiya Akademiyasında Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr edilmiş konfransda söyləyib.

"Azərbaycana məxsus iki xüsusiyyət diqqətimi məxsusi olaraq cəlb edib. Birincisi, Azərbaycanın dünyəviliyidir. Mən Azərbaycanda dini harmoniya gördüm. Müxtəlif dinə məxsus insanlar bir-biri ilə sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Mən Azərbaycanda sinaqoq, kilsə, məscid gördüm. Məndə elə təsir yarandı ki, Azərbaycanda dövlət ilə xalq arasında müqavilə bağlanıb və bu müqavilənin adı dünyəvilikdir", - deyə senator bildirib.

Onun sözlərinə görə, "Fransada dini azadlıq ən aktual məsələlərdən birinə çevrilib. Bir sıra partiyalar dini azadlığın ləğv edilməsi uğrunda çalışırlar. Mən onlara Azərbaycanı misal göstərirəm. İctimaiyyətdə və siyasətdə rolunu mədudlaşdırmaqla dini azadlığı təmin etmək böyük əhəmiyyət kəsb edir".

"Azərbaycana məxsus ikinci çox bəyəndiyim xüsusiyyət qadınlarla kişilər arasında bərabərliyin təmin edilməsidir. 2006-cı ildə Azərbaycanda qadınlarla kişilər arasında gender bərabərliyinə dair qanun qəbul olunub. Həmin ildə Fransada iş yerlərində qadın və kişi işçilər arasında bərabərliyə dair qanun qüvvəyə minib.

Mən çox sevinirəm ki, Azərbaycanın simasında müsəlman dünyasına şamil edilən mənfi fikirlər silinib gedir. Müsəlman ölkəsi olan Azərbaycan özünün ilk Respublikasını yaratdığı dövrdən etibarən qadınlara səsvermə hüququ verib. Fransa isə 1944-cü ildə Şarl de Qolun həyata keçirdiyi bu möhtəşəm qərarına qədər gözləməli olub. Mən çox fəxr edirəm ki, solçu republikaçıların fikrinə zidd gedərək qadınlara səsvermə hüququ vermiş sağçı respublikaçılar partiyasının üzvüyəm", - deyə Alən Uper əlavə edib.

O, Azərbaycana apardığı uğurlu siyasətində daha böyük uğurlar diləyib, iki ölkə arasında dostluğun daha da möhkəmlənməsini arzulayıb.