Musa Quliyev: "Prezident İlham Əliyev səhvini başa düşüb bağışlanmasını istəyən vətəndaşlara yenə qayğı göstərdi"


Digərləri 25 May 2018 08:28:00 271 0

Musa Quliyev: "Prezident İlham Əliyev səhvini başa düşüb bağışlanmasını istəyən vətəndaşlara yenə qayğı göstərdi"

Prezident İlham Əliyevin imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam dövlət başçısının humanizm siyasətinin növbəti göstəricisidir.

Son.az bildirir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, bu vaxta qədər Prezident İlham Əliyev dəfələrlə əfv sərəncamı, amnistiya aktı imzalayıb:

"Nəticədə minlərlə məhkum azadlığa qovuşub, cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bu sərəncamlarla minlərlə ailə sevinib. Prezident vaxtilə cinayət törədən və səhvlərini başa düşüb bağışlanmasını istəyən vətəndaşlara qayğısını göstərir. Həmin şəxslər də bu qayğını dəyərləndirəcək və bağışlandığını dərk edib təkrar cinayət törətməkdən çəkinəcəklər".