Qolunu və əlini kəsərək özünə ciddi xəsarət yetirib


Digərləri 25 May 2018 08:10:00 338 0

Qolunu və əlini kəsərək özünə ciddi xəsarət yetirib

Lənkəranda kişi qolunu və əlini kəsərək özünə ciddi xəsarət yetirib. Son.az APA-ya istinadən bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Azad Əskər oğlu Məhərrəmov axşam saatlarında içkili halda kəsici alətlə əlini və qolunu kəsib. Hadisə yerinə təcili yardım stansiyasının əməkdaşları çağrılıb. Yaralı təcili yardım maşını ilə çoxlu qan itirmiş halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.