Bakıda qəza yerindən qaçan avtomobil qarşıda digər maşına dəyərək beton maneəyə çırpılıb FOTO


Digərləri 25 May 2018 07:38:00 339 0

Bakıda qəza yerindən qaçan avtomobil qarşıda digər maşına dəyərək beton maneəyə çırpılıb  FOTO

07:38

Bakının Ziya Bünyadov prospektinin Nəsimi rayonu ərazisinə düşən hissəsində baş vermiş yol qəzasının bəzi təfərrüatları məlum olub.

Son.az report.az-a istinadən bildirir ki, Süleyman adlı (Elçin oğlu) sürücünün idarə etdiyi "Nissan" markalı avtomobil Yasamal rayonu ərazisində "Lada Priora" markalı maşının yan hissəsinə toxunub.

Lakin sürücü avtomobili saxlamayıb və sürəti artıraraq qəza yerindən yayınmağa çalışıb. O, prospektin Nəsimi rayonuna düşən hissəsində qarşı yola çıxaraq "Hundai" markalı avtomobil ilə toqquşub və ardınca beton maneəyə çırpılıb.

---------

02:11

Bakının Ziya Bünyadov prospektində yol qəzası baş verib.

Son.az report.az-a istinadən bildirir ki, "Nissan" markalı avtomobil prospektin Nəsimi rayonu ərazisinə düşən hissəsində yüksək sürətlə hərəkətdə olarkən yol kənarında durmuş maşına, ardınca isə beton maneəyə çırpılıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.


Xəbərə aid fotolar