Dianaya bənzəməsi ilə diqqət çəkən ledi haqqında MARAQLI FAKT FOTO


Digərləri 25 May 2018 07:41:00 334 0

Dianaya bənzəməsi ilə diqqət çəkən ledi haqqında MARAQLI FAKT  FOTO

Ledi Kitti Spenser keçən həftə baş tutan Meqan Marklla Britaniya şahzadəsi Harrinin toyunda gözəlliyi, zərifliyi, nəcibliyi və yaşıl əlbisəsi ilə bütün dünya mətbuatının diqqətini çəkmişdi.

Son.az xəbər verir ki, cazibəsi ilə hər kəsin marağını çəkən Kitti Spenser haqqındakı həqiqət hamını təəccübləndirib. Məlum olub ki, çoxlarının qəlbini fəth edən bu gözəl ledi arıqladıqdan sonra, son 3 ildə özəl klinikada bir sıra estetik əməliyyatlar keçirib.

Sarışın qızın 4 il əvvəl qaşları və dodaqları nazik olub. Dodaqlarına dolğu vurduran model əməliyyatla göz qapaqlarının və çənəsinin də formasını dəyişdirib, həmçinin qaşlarını qalınlaşdırıb. Yeri gəlmişkən qeyd edək ki, şahzadə Diananın qardaşı qızı olan Kitti öz bibisinə bənzəməsi ilə tanınır.