Bakıda motosiklet qadını vuraraq öldürüb, sürücü ağır yaralanıb


Digərləri 25 May 2018 07:45:00 241 0

Bakıda motosiklet qadını vuraraq öldürüb, sürücü ağır yaralanıb

Motosikletin sürücüsü ağır bədən xəsarətləri alıb

Bakının Xəzər rayonunda motosiklet piyadanı vuraraq öldürüb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Bilgəh qəsəbəsindən Buzovnaya gedən yolda baş verib.

Otuz üç yaşlı Şabanov Zamiq Vadim oğlu idarə etdiyi motosikletlə yolu keçmək istəyən ad-soyadı hələlik məlum olmayan 50-55 yaşlı qadını vurub. Qadın xəstəxanaya aparılarkən yolda ölüb. Motosikletin sürücüsü Z.Şabanov ağır bədən xəsarətləri alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb.