"Oynadığım xarakterlərin gözü ilə dünyanı, həyatı kəşf etdim"


Digərləri 25 May 2018 07:28:00 258 0

"Oynadığım xarakterlərin gözü ilə dünyanı, həyatı kəşf etdim"

Gökçe Bahadır: "Məni mən edən xəyallarımın arxasınca qaçmaq oldu" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Türkiyənin ən yaxşı qadın aktrisalar arasında adını tərəddüdsüz, əvvəldə qeyd edə biləcəyimiz sənətçilərdən biri də Gökçe Bahadırdır. Hər rolun öhdəsindən peşəkarlıqla gələn aktrisanın özünəməxsus duruşu, baxışı tamaşaçı sevgisini qazanıb. Türkiyə mətbuatına müsahibə  verən aktrisa yaradıcılığından və onu narahat edən məsələlərdən danışıb.  Gökçe Bahadırın Azərbaycanda da kifayət qədər sevildiyini nəzərə alıb, müsahibəni ixtisarla təqdim edirik . Biz onu ilk olaraq "Hayat bilgisi", "Yaprak dökümü" serialından tanıdıq.  Daha sonra "Sensiz olmaz", "Kayıp şehir", "Hatırla Gönül" serialları ilə sevildi. İndi isə Türkiyədə reytinqlərdə ön sırada yer tutan "Ufak Tefek Cinayetler" serialında müsbət qəhrəman - Oya obrazı ilə tamaşaçıların sevimlisinə çevrilib.     - Uğurunuzu ekranlardan addım-addım izləyərkən, görünür ki,  siz kameralara önündə  inkişaf edirdiniz.  O kameralara baxdıqda nələr  görürdünüz?

- Əslində, geriyə baxdıqca ekranlarda böyüdüyümü hiss etdim. Yaşayarkən və həyatın içində ikən heç də bunun  fərqində deyildim. Həyat bilgisi hər şeyin başlanğıcıdır. Həyatı axarına buraxdım. İşimə uyğunlaşdım və uğur qazandığımın şahidi oldum. Mən tamaşaçılarla birlikdə böyüdüm. Hər gün daha çox insan tərəfindən sevildiyimi, daha çox insan tərəfindən tanındığımı gördüm.  Oynadığım xarakterlərin gözü ilə dünyanı, həyatı kəşf etdim.    - Sizi siz edən nə oldu?   - Məncə, məni mən edən öz xəyallarımın arxasınca qaçmaq oldu. Bu, mənim həyatımın dönüş nöqtəsinə çevrildi. Qarşıma böyük hədəflər qoydum və bu hədəflər içərisində nələr edə biləcəyimi düşündüm. "Özümü necə yetişdirə bilərəm" deyib, iri addımlar atdım.    - Hansı obrazınızdan sonra  özünüzü daha güvənli hiss etməyə başladınız?