Liviyada partlayış nəticəsində 6 nəfər ölüb, 20-si yaralanıb


Dünya 25 May 2018 05:53:53 229 0

Liviyada partlayış nəticəsində 6 nəfər ölüb, 20-si yaralanıb

Hadisə avtomobilin partladılması nəticəsində baş verib

Liviyanın Benqazi şəhərində minalanmış avtomobilin partladılması nəticəsində 6 nəfər ölüb, daha 20-si yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Partlayış şəhərin mərkəzində, "Tibesti" mehmanxanası yaxınlığında olub. Hadisənin təfərrüatları barədə mlumat yoxdur.