Nardaranda atası ilə mübahisə edən qadın özünü bıçaqlayıb


Sosial 25 May 2018 05:08:57 303 0

Nardaranda atası ilə mübahisə edən qadın özünü bıçaqlayıb

Hadisə Ləhiş bağları ərazisində baş verib

Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 1969-cu il təvəllüdlü Məhərova Leyla Fərhad qızı Nardaran qəsəbəsinin Ləhiş bağları ərazisində atası ilə mübahisə edib.

Qadın mübahisədən sonra qarın nahiyəsinə bıçaqla zərbə vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.