Yayda günəş ləkələri və yanıqlarından necə qorunmalı?


Digərləri 25 May 2018 03:30:00 299 0

Yayda günəş ləkələri və yanıqlarından necə qorunmalı?

Yazın bitməyinə sayılı günlər qalıb. Qarşıda yay fəsli gəlir və bu da o deməkdir ki, günəş ləkələri və yanıqlarından qorunmaq lazımdır.

Son.az axşam.az-a istinadən günəş ləkələri və yanıqlarından qorunmağın bəzi yollarını təqdim edir:

1. Yayda çantanızda həmişə günəş kremi gəzdirin.

2. Günəş şüalarının 90 faizi buludlardan keçir. Ona görə də buludlu havalarda da günəş kremindən istifadə etməyiniz məsləhətdir.

3. Həftədə 2-3 dəfə 10-15 dəqiqə sadəcə əlinizin üstünə belə günəş şüası düşsə, lazımi D vitaminini qəbul etmiş olursunuz. Ona görə günəş şüasının altında çox qalmayın.