Yevlaxda teplovoz minik avtomobili ilə toqquşub


Sosial 25 May 2018 01:03:39 255 0

Yevlaxda teplovoz minik avtomobili ilə toqquşub

Qəza minik avtomobili dəmir yolu xəttini keçmək istədiyi zaman olub

Yevlax rayonunda avtomobil və teplovozun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, qəza rayonun Salahlı kəndində, teplovoz gələn zaman minik avtomobilinin dəmir yolu xəttini keçmək istədiyi zaman olub.

Nəticədə teplovoz yolun mühafizə olunmayan hissəsindəki keçiddə 1983-cü il təvəllüdlü Elgün Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, maşın yararsız vəziyyətə düşüb, həmçinin teplovoza da xeyli ziyan dəyib.