Günün qoroskopu: ehtiyatlı olun


Digərləri 25 May 2018 00:01:00 320 0

Günün qoroskopu: ehtiyatlı olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - ünsiyyət üçün əlverişli olmayan gündür. Əla bələd olduğunuz insanlarla belə, dil tapa bilməyəcəksiniz. Şəxsi münasibətlərlə işgüzar təmasları qarışdırmaq əsla məsləhət deyil. İşlə bağlı qərar qəbul edərkən rəğbət və ya antipatiya hisslərinə əsaslanmayın. Yalnız işgüzar məziyyətləri önəmli bilin.

Günün ikinci yarısında şəxsi münasibətlərdə ciddi problemlər yarana bilər. Sevdiyiniz insanla təmaslarda sərt olmayın, aqressiv davranmayın. Maliyyə məsələlərini dərhal həll etməyə çalışmayın. Alış-verişi ertələmək mümkündürmü? Pullarınızı yelə verməyin. Gələcəyi düşünün.

Buğa - mürəkkəb, qarışıq gündür. Sizi çoxsaylı kiçik problemlər və anlaşılmazlıqlar gözləyir. Kiçik, ilk baxışdan önəmsiz, amma mühüm əşya və ya nəsnə itə bilər. Səfərlərlə bağlı ləngimələr mühüm görüşün təxirə salınmasına səbəb olacaq. Gərgin və emosional diskussiyada təmkinli olun. Qarşı tərəfin əlverişsiz şərtlərlə çıxış etdiyi müzakirələrin kəskin mübahisəyə çevrilməsinə imkan verməyin.

Günün ikinci yarısında maliyyə çətinlikləri yaranacaq. Narahat olmayın, problemlər müvəqqətidir. Şəxsi münasibətlər baxımından əlverişli gündür. Yaxınlarınız sizi dəstəkləyəcək, maneələrin dəf olunmasında sizə yardım edəcəklər.

Əkizlər - neqativ və ya pozitiv emosiyalarınızı gizlətməyə çalışın. Soyuqqanlı olun, hissləriniz simanıza "yazılmasın". Əks təqdirdə yanınızdakı insanlar sizi impulsiv, emosional, çılğın insan kimi tanıyacaqlar. Düşünülməmiş addımlar və tələsik qərarlar yaxşı ideyanızın dəstəkdən məhrum qalmasına, təşəbbüsünüzün yetərincə dəyərləndirilməməsinə səbəb ola bilər.

Günün ikinci yarısında ailə üzvləri və yaxınlarınızla təmaslarda həssas olun. Ailə üzvlərinizdən biri daha müstəqil olmaq istədiyini deyəcək.

Yaşlı qohumların məsləhətlərinə qulaq asın. Belədə bir sıra səhvlərdən qurtula bilərsiniz.

Xərçəng - problemlər vəd edən gündür. Fəqət, bu problemlərin heç biri ciddi deyil. Narahat olmağa dəyməz. Məqsədə aparan yolda qarşınıza çıxan sədlərlə maneələri dəf edin, ruhdan düşməyin. Həyasızcasına davranan və kollektivdə özünü hamıdan ağıllı sayan, qruplaşma yaratmağa çalışan ambisioz, amma dəyərsiz insanın təxribatlarına uymayın. O, özünə yeni iş yeri tapacaq: uduzan siz olacaqsınız.

Günün ikinci yarısında məhsuldar əmək gələcək uğurların təməlini qoyacaq.

Faydalı tanışlıqlar istisna deyil.

Axşam saatlarında aktiv istirahəti seçin. Yaşam potensialının səviyyəsi yüksəkdir. İşlər çox olsa da, yorulmayacaqsınız. Peşəkar fəaliyyətlə bağlı, şəxsi münasibətlər sahəsindəki məsələləri müzakirə etmək olar.

Şir - işgüzar münasibətlər rəvan deyil. İndiyədək müttəfiq hesab etdiyiniz insanlarla ünsiyyətlərdə sərinləşmələr ola bilər. Bir sıra məsələlərlə bağlı mövqelərinizi aşkar söyləyəndə qarşı tərəfi də düşünün. Sərt və aqressiv sözləriniz yaxın ətrafınızdakı insanların xətrinə dəyə bilər.

Bədxahların, sizə pislik etmək istəyən insanların sayını artırmayın.

Günün ikinci yarısında yaradıcılıq potensialının səviyyəsi aşağı düşəcək. Fantaziya, qeyri-standart yanaşma tələb edən işləri yerinə yetirmək çətinləşir. Axşam saatlarına yaxın müsbət təmayüllərin təsiri artacaq. İşlərin qaydaya düşdüyünü hiss edəcəksiniz.

Qız - tələsməyin, vurnuxmaya qapılmayın. Məsuliyyətli, ciddi işlərin günün ilk yarısında görməyin. Səbrli və təmkinli davranın, rəqiblərin nələr etmək istədiklərini əvvəlcədən təxminləməyə çalışın. Belədə böyük uğur və qələbələrə nail ola bilərsiniz. Peşəkar fəaliyyət müstəvisində irəliləyiş, yaşamınızda dəyişikliklər ola bilər.

Günün ikinci yarısında soyuqqanlı davranın.

Maliyyə fonu stabildir. Əhəmiyyətli gəlirlərlə bağlı ehtimallar azdır. Bununla belə, böyük xərclər də olmayacaq. Yaşam potensialının səviyyəsi yüksəkdir. Axşam saatlarında gəzintiyə çıxın.

Fiziki işdə və təmrinlərdə xeyir var.