Bitkoinin qiyməti düşməkdə davam edir


Digərləri 25 May 2018 00:05:00 318 0

Bitkoinin qiyməti düşməkdə davam edir

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 7 600 dollaradək ucuzlaşıb

Bakı. Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 7 600 dollaradək ucuzlaşıb. Trend-in məlumatına görə, mütəxəssislər bitkoinin ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırır. Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 3,39% ucuzlaşaraq 7 675 dollar təşkil edib. Alternativ kriptovalyutaların qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, "Ethereum" 6,38% və ya 598,9 dollaradək, "Ripple" 3,22% (0,617 dollara qədər), "Bitcoin Cash" isə 6,4% (1 026 dollaradək) ucuzlaşıb. Kriptovalyuta bazarının kapitallaşması hazırda 337,02 milyard dollar təşkil edir və bunun 39 faizi bitkoinin payına düşür.