“Təlbiyə” sözünün mənası nədir?


Digərləri 24 May 2018 23:50:00 504 0

“Təlbiyə” sözünün mənası nədir?

Bu sözün tərcüməsi "itaət etmək, boyun əymək, əmri yerinə yetirmək" mənasını verir. Termin olaraq, həcc və ümrə ziyarəti zamanı ehram bağlayan şəxsin bu zaman dediyi sözləri də təlbiyə adlandırırlar.

Son.az islam.az-a istinadən bildirir ki, həmçinin, təvaf zamanı da təlbiyə söyləmək müstəhəbdir. Təlbiyənin ərəbcə deyilişi və tərcüməsi belədir: "Ləbbeyk Allahümmə ləbbeyk. La şərikə ləkə ləbbeyk. İnnəl-həmdə vən-nimətə ləkə vəl-mülk la şərikə ləkə ləbbeyk". Tərcüməsi: "Allahım, həmişə Sənin əmrindəyəm. Sənin şərikin yoxdur. Əmrindəyəm, ey Allahım! Bütün həmdü sənalar və şükürlər Sənədir. Mülk sahibi Sənsən. Sənin şərikin yoxdur. Əmrindəyəm, Allahım".