Moskvada rəssam üç nəfəri girov götürüb VİDEO


Dünya 24 May 2018 23:56:00 327 0

Moskvada rəssam üç nəfəri girov götürüb  VİDEO

Moskva sakini mənzildə olan insanları girov götürüb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, həmin şəxs Molostovıx küçəsində üç nəfərdən ibarət ailəni ölümlə hədələyərək girov saxlayıb.

Hüquq mühafizə orqanları əməkdaşları dərhal həmin ünvana gələrək, cinayətkarla danışıqlar aparmağa çalışıb.

Saxlanılması zamanı həmin şəxs polisə müqavimət göstərib və özünə bıçaq xəsarətləri yetirib.  Girov götürülən uşaq və qadın sağ-salamat olsa da, cinayətkar ailənin başçısını bıçaqlayıb.

Sonuncu aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib. İnsidentin məişət zəmində baş verdiyi bildirilir.


Xəbərə aid video