Orucun fəlsəfəsi təqva


Digərləri 24 May 2018 23:40:00 295 0

Orucun fəlsəfəsi  təqva

"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə təqvalı olasınız" (Bəqərə, 183).

Orucluq barədə danışılan moizələrdə və yazılan kitablarda Qurani-kərimin yuxarıdakı ayəsinə tez-tez istinad edilir. Bu ayə Ramazan orucunun bütün müsəlmanlara vacib olduğunu bəyan edən ən mühüm dini dəlillərdən biridir. Təsadüfi deyil ki, oxuduğunuz məqalədə biz də məhz bu ayənin bəzi özəllikləri üzərində durmağı qərara aldıq.

Son.az islam.az-a istinadən bildirir ki, ayənin təfsiri barədə deyiləsi məqamlar həddən artıq genişdir. Qısaca bunu deyə bilərik ki, ayənin oxunuşu zamanı bu dörd əsas məqam diqqətimizi cəlb edir:

Birincisi, ayə "ey iman gətirənlər!" xitabı ilə başlayır. Yəni "iman gətirmiş" adını daşımaq və bu ada layiq olmaq üçün ayənin göstərişinə əməl etmək, yəni oruc tutmaq lazımdır.

İkincisi, oruc hökmü İslamdan əvvəlki səmavi dinlərdə də mövcud olmuşdur. Bu gün də səmavi dinlərin ardıcılları oruc tuturlar. Doğrudur, onların orucu müsəlmanların orucundan fərqlidir, amma bəzi alimlər bu fərqliliyin sonralar təhrif nəticəsində yarandığını iddia edirlər. Hər halda, Allah bütün peyğəmbərlərinə insanları oruca çağırmağı əmr etmişdir (oruc qaydalarında şər'i fərqlər olsa belə).

Üçüncüsü, oruc müsəlmanlara vacibdir, Quran təbiri ilə desək, onlara "yazılmışdır". Buradakı "yazılmışdır" ifadəsi "fərz (vacib) edilmişdir" kimi qəbul olunur.