İsrail Eurovision mahnısının parodiyasından şikayət edib VİDEO


Digərləri 24 May 2018 23:25:00 280 0

İsrail Eurovision mahnısının parodiyasından şikayət edib  VİDEO

Hollandiyadakı İsrail səfirliyi İsrailin bu il Eurovision mahnı müsabiqəsində qələbə qazanan mahnısının parodiya edilməsi, mahnıda İsrail siyasətçilərinin tənqid edilməsi, həmçinin anti-semitizm ittihamlarının irəli sürülməsi ilə əlaqədar şikayət edib.

Netta Barzilai-nin "Toy" mahnısına parodiya səhnəciyi şənbə günü satirik televiziya verilişində yayımlanıb.

Parodiyada İsrail qüvvələri tərəfindən 60 fələstinlinin öldürüldüyü Qəzza sərhədindəki zorakılıq əks olunub.

Televiziya verilişinin prodüserləri mahnının yəhudi icmasının hədəfləmədiyini deyir.

Sanne Wallis de Vries-in verilişində mahnını Martine Sandifort ifa edib. Mahnı orijinal ifaçı Netta-nın stilində toyuq səsləri ilə başlayır. Daha sonra fonda İsrail qüvvələrinə qarşı Fələstin etirazlarını əhatə edən görüntülər istifadə olunur.

Sandifort "ABŞ prezidenti Donald Trump-ın belə xəyal edəcəyi İsrail divarlarından", sonra isə ABŞ-ın Qüdsdəki səfirliyindən pul qazanmaqdan bəhs edir.

Daha sonra orijinal mahnının toyuq səsləri pulla əlaqəli istinadlarla əvəzlənir.

İsrailin səfiri Aviv Shir-On Holland qəzeti NRC-yə verdiyi müsahibədə mahnının məzmununu "kobud və təhqiramiz" adlandırıb.

O, verilişin "anti-semitik stereotipləri zarafat kimi təqdim etdiyini" söyləyib.

Holland TV-də yayımlanan "Toy" mahnısına parodiyanın sözləri:

Mənə baxın, necə şirin ölkəyəm.

Dünya rəhbərləri itaətkar şəkildə əlimdən yeyirlər. Bütün alovları öpüşlə söndürürəm.

Şənlik var, gəlmək istəyirsiniz? Tezliklə boş qalacaq al-Aqsa məscidində.


Xəbərə aid video