Şimali Koreyanın cavabını verməyə hazırıq


Dünya 24 May 2018 23:06:00 255 0

Şimali Koreyanın cavabını verməyə hazırıq

ABŞ ordusu lazım gəlsə Şimali Koreyanın "düşünülməmiş addımlarına" cavab verməyə hazırdır.

Son.az oxu.az-a istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp Sinqapur sammitini təxirə salmasından sonra bildirib.

"Mən hərbçilərimizlə söhbət aparmışam, lazım gəlsə, onlar buna hazırdırlar. Mən həmçinin Cənubi Koreya və Yaponiya hökumətləri ilə də bu məsələni müzakirə etmişəm. Onlar da KXDR-ın potensial düşünülməmiş addımlarına cavab verməyə hazırdırlar", - deyə Tramp bildirib.