Sumqayıtda satıcı müdirini qətlə yetirib


Digərləri 24 May 2018 23:07:00 284 0

Sumqayıtda satıcı müdirini qətlə yetirib

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə şəhərin 7,8,12 birləşmiş məhəllə deyilən ərazisində, Mehdi Hüseynzadə adına stadionun yaxınlığında olub.

Belə ki, Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlu şəxsi meyvə tərəvəz dükanında öz işçisi tərəfindən bıçaqlanıb.O ,Sumqayıt şəhər təcili tibbi yardım şöbəsinə çatdırılsada onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun meyidi Sumqayıt şəhər morquna təhvil verilib. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.