"Rossiya seqodnya"nın baş direktoru Kiyevi gücsüzlükdə ittiham etdi


Dünya 24 May 2018 22:31:00 256 0

"Rossiya seqodnya"nın baş direktoru Kiyevi gücsüzlükdə ittiham etdi

“Bu, qanlı dövlət çevrilişi nəticəsində hakimiyyət gələn rəsmi Kiyev rejiminin gücsüzlüyünün göstəricisidir”

Ukraynanın "Rossiya Segodniya" və "RİA Novosti Ukrayna" agentliklərinin sanksiya siyahısına daxil etməsi Kiyev rejiminin gücsüzlüyünün göstəricisidir.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu "Rossiya seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyov deyib.

"Bu, qanlı dövlət çevrilişi nəticəsində hakimiyyət gələn və demokratik, müasir qanunlar əsasında normal həyatı qaydaya salmağın öhdəsindən gələ bilməyən Kiyev rejiminin gücsüzlüyünün göstəricisidir. Onun prezident seçkiləri ərəfəsində öz vətəndaşlarını, jurnalistləri, azad sözü təqib etməkdən, nüfuzlu nəşrləri qadağan etməkdən, ehtimal ki, media məkanında təmizləmə aparmaqdan başqa yolu qalmır" - deyə Kiselyov "RİA Novosti"yə bildirib.

Qeyd edək ki, bu gün yayılan məlumatda rəsmi Kiyevin "Rossiya Seqodniya" BİA və "RİA Novosti Ukrayna" saytlarına girişi blok edəcəyi bildirilir. Hər iki agentlik üç illik müddətində sanksiya siyahısına əlavə edilib.

Siyahı Ukrayna prezidenti Pyotr Poroşenkonun rəsmi saytında yerləşdirilib.

Bundan əlavə agentliklərin ölkədəki aktivləri də dondurulacaq. Ukrayna provayderlərinə isə "Россиясегодня.рф", "Sputniknews.com", "Ria.ru", "Rsport.ria.ru", "1prime.ru", "Realty.ria".ru və "rian.com.ua" saytlarına da girişi məhdudlaşdırmaq göstərişi verilib.