Fövqəladə faiz artımı lirəni dollara qarşı möhkəmləndirəcəkmi?


Digərləri 24 May 2018 22:25:00 193 0

Fövqəladə faiz artımı lirəni dollara qarşı möhkəmləndirəcəkmi?

Türkiyə Mərkəzi Bankı təcili faiz dərəcəsini artırdıqdan sonra lirə dollara nisbətdə daha ağır itkilərə məruz qalıb.

Türkiyə Mərkəzi Bankının qərarından sonra dollar lirəyə nisbətdə ucuzlaşsa da, dərhal sonra yenidən yüksəldi.

Hökümətin Mərkəzi Bankın səlahiyyətlərinə müdaxilə qorxusu böyüdükcə, lirə öz dəyərinin beşdə birini itirib.

Bir çox investor artıq ikirəqəmli olan inflyasiyanı aşağı salmaq üçün yüksək faiz dərəcəsinə çağırıb.

Həftənin üçüncü günü fövqəladə toplantıdan sonra Mərkəzi Bank faiz dərəcəsini (Likvidlik pəncərəsini- GLP) 13.5%-dən 16.5%-ə qaldırıb.

"İnflyasiyanın hazırkı yüksək səviyyəsi və inflyasiya gözləntiləri riskləri atrırmaqda davam edir", Mərkəzi Bank açıqlamasında bildirib.

Qurum əlavə edib ki, qiymət sabitliyinə dəstək vermək üçün "güclü sərt pul siyasətinə keçilməsinə qərar verib".

Türkiyə prezidenti Recep Tayyip Erdogan 24 iyun seçkilərindən sonra ölkənin maliyyə sektoruna daha çox nəzarət edəcəyini planlaşdırdığını deyəndən sonra böhran yaranıb.

Recep Tayyip Erdogan əvvəllər "faiz dərəcəsinin artırılmasının əleyhinə" olduğunu açıqlayıb.