Ramazan ayında nəzir orucu tutmaq olarmı?


Digərləri 24 May 2018 22:10:00 246 0

Ramazan ayında nəzir orucu tutmaq olarmı?

Ramazan ayında nəzir niyyəti ilə oruc tutmaq olmaz. Bunu edən adamın orucu da əbəs yerə itmiş olar.

Son.az islam.az-a istinadən bildirir ki, yəni həmin oruc nə Ramazandan sayılar, nə də nəzirdən. Çünki Ramazan orucu, sağlamlığı imkan verən hər kəsə vacib olan ibadətdir. Ramazan orucunu yalnız Allahın vacib buyurduğu oruc niyyəti ilə tutmaq lazımdır. Öhdəsində nəzir orucu olan da, olmayan da Ramazan orucunu tutmalıdır. Niyyətinin həyata keçməsi üçün oruc tutmağı nəzir etmiş adam isə bunu ilin qalan günlərində etməlidir.