ABŞ “Tomohawk”ın istehsalını dayandırır


Dünya 24 May 2018 21:44:00 236 0

ABŞ “Tomohawk”ın istehsalını dayandırır

ABŞ hərbi dəniz qüvvələrinin "Tomohawk" qanadlı raketi ilə təchizatı dayandırılacaq.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Defense One" nəşri  ABŞ hərbi donanmasının 2019-cu il büdcə layihəsinə istinadən məlumat yayıb.

Hərbi ekspertlərin təbirincə, 1980-ci illərdən bəri istehsal olunan raketlər müasir tələblərə cavab vermir.

Məqalənin müəllifinə görə, onun əvəzinə amerikalı hərbçilər tərtibat mərhələsində olan uzaq mənzilli gəmi əleyhinə "AGM-158C LRASM" raketi və quru hədəflərin məhv edilməsi üçün nəzərdə tutulan gələcək nəsil "NGLAW" raketinə üstünlük verir.