Morqan Frimen cinsi istismarda ittiham olunur


Digərləri 24 May 2018 21:46:00 254 0

Morqan Frimen cinsi istismarda ittiham olunur

ABŞ-da səkkiz qadın məşhur amerikalı aktyor Morqan Frimeni cinsi istismarda ittiham edib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə CNN məlumat yayıb.

Telekanalın məlumatına görə, "Xoş getmək" filminin çəkiliş meydanında işləyən assistent Frimenin ona qarşı əxlaqsız hərəkətlər etdiyini bildirib.

Onun sözlərinə görə, aktyor onun ətəyini dartışdıraraq, alt paltar geyinib-geyinmədiyini soruşub.