Saçları uzatmağın asan yolları


Digərləri 24 May 2018 21:35:00 247 0

Saçları uzatmağın asan yolları

Saçların xanım və kişilər üçün çox önəmli olduğunu bilərək, bir çoxlarının vaxtında, digərlərinin isə müəyyən zamandan sonra onlara qulluq edəcəkləri gün nə zamansa gəlib çatır.

Son.az axşam.az-a istinadən saçlarınızın tez uzanmasına kömək olacaq üsulları təqdim edir:

1-ci üsul - Bu siyahıya xardal maskası aiddir. Xardal dərini isidərək, "yandıran" hiss yaradır və saç soğanağına qan axınını təmin edir.

İstifadəsi: 1 ç.q. xardal tozuna 1 x.q. zeytun yağı və 1 yumurta sarısı əlavə edib qarışdırın. Qarışığı saç diqbərinə sürtülüb, duş papağı ilə bağlanıb, saçda 15 dəqiqədən 40 dəqiqəyə qədər saxlanıla bilir (güclü yandırma hissi əmələ gəldikdə maskanı yuyun). Bu maskanı həftədə 1-2 dəfə olmaqla, bir ay ərzində etmək lazımdır. Sonradan 6 ay ara vermək məsləhət görülür.

2-ci üsul - zeytun və gənəgərçək yağı saçların möhkəmlənməsi və onların uzadılması üçün xeyirli olan xüsusiyyətləri ilə hamıya tanışdır. Bu yağları saçların dibində uclarına qədər sürtmək, isti bir dəsmal ilə bağlamaq  və 30 dəqiqəə saxlamaq lazımdır. Bir ay ərzində saçlarınız hər yuduqda bu maskanı istifadə etsəniz, nəticəni görəcəksiniz.

3-cü üsul - uzun saçlar istəyirsinizsə, o zaman rasionunuza bu vitaminləri əlavə edin:

- B qrup vitaminləri (B3, B5, B6) saçların sağlamlığı üçün əvəzolunmazdır.

- Biotin - onun azlığı saç tökülməsinə səbəb olur.