Türkiyə iqtisadiyyatı xaos içərisində


Dünya 24 May 2018 21:25:00 245 0

Türkiyə iqtisadiyyatı xaos içərisində

Türkiyədə iyunun 24-də keçiriləcək erkən seçkilər günü yaxınlaşarkən türk lirəsi dollara qarşı rekord dərəcədə ucuzlaşıb, inflyasiya isə ikirəqəmli ədədlə ölçülür.

İki aparıcı kredit reytinqi agentlikləri olan Fitch və Standard & Poor's xəbərdarlıq ediblər ki, Türkiyənin suveren kredit reytinqinin mötəbərliyini sual altına alır.

Ölkə iqtisadiyyatı xeyli dərəcədə xarici kapitala bel bağlayır.

Milli valyutanın kəskin ucuzlaşması iri həcmlərdə xarici valyutada borclar alan bank və böyük şirkətləri çətin vəziyyətə salmaqla yanaşı, Türkiyədəki istehlakçıların da alıcılıq qabiliyyətini zəiflədəcək.

Türkiyə enerji idxal edən ölkədir. Türk lirəsinin son həftələr ərzində zəifləməsi yanacağa qiymətlərin artmasına, nəticədə isə, dolanışığın bahalaşmasına gətirib çıxaracaq.

Seçici kütləsinin dəstəyini qoruyub saxlamaq üçün hökümət seçkiqabağı dövrdə səxavətliliyini əsirgəməməyə çalışır. Vəd edildiyi kimi, təqaüd ödənişlərinə, vergi amnistiyası və ƏDV-nin endirilməsinə ayrılan xərclərin $5.6 milyarda çatması beynəlxalq kreditorları təşvişə salmağa yetər. Türkiyə iqtisadiyyatının qızdırmaya düşməsi çoxlarını artıq nigaran etməkdədir.

Lakin bazarlarda narahatlığa daha çox səbəb olan cənab Erdoğanın Türkiyənin monetar siyasəti barədə söylədikləridir.

Bundan əvvəl, may ayında Londona 3 günlük səfəri zamanı prezident Erdoğan böyük şirkətlərin yüksəkrütbəli təmsilçiləri, bankçılar və investorlarla görüşüb. O, eləcə də Bloomberg televiziyasına geniş müsahibə verib.

Türkiyənin Mərkəzi Bankının müstəqilliyi və artan institusional zəifliyindən narahat olanları sakitləşdirmək əvəzinə, cənab Erdoğan iyun seçkilərindən sonra monetar siyasət üzərində nəzarətini gücləndirəcəyini vəd edib.

Prezident Recep Tayyip Erdoğanın qeyri-adi iqtisadi baxışları, yüksək bank faiz dərəcələrini inflayasiyanın cilovlanması aləti yox, onun səbəbi sayması və faiz dərəcələrinin müəyyənləşdirilməsinə siyasi müdaxilənin artacağı perspektivi türk lirəsını dərhal aşırdı.

Son.az BBC-yə istinadən bildirir ki, Londonda mənzillənən Bluebay Asset Management şirkətinin təhlilçisi Timothy Ash öz tvitində qeyd edib ki, Türkiyə Mərkəzi Bankının bazardan tamamilə çəkilməsi mandat və öhdəliyinin yerinə yetirilməməsi deməkdir.

Türkiyənin monetar siyasətinin tam xaos içərisində olduğunu qeyd edən təhlilçi daha sonra deyib: