Bill Geytsdən yay mütaliəsi üçün məsləhət


Digərləri 24 May 2018 21:15:00 300 0

Bill Geytsdən yay mütaliəsi üçün məsləhət

Məşhur amerikalı milyarder, "Microsoft"un yaradıcısı Bill Geyts yay mütraliəsi üçün məsləhətlə çıxış edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə onun "YouTube"da yerləşdirdiyi videoda söhbət açılıb.

B. Geyts oxumağı məsləhət gördüyü 5 kitabın adını çəkib: "Orada qaldırılan mövzuların ciddiliyinə baxmayaraq, bütün bu kitablar birnəfəsə oxunur və əksəriyyəti qısadır".

B. Geytsin TOP-5 siyahısına daxil olan kitablardan biri 2017-ci ildə jurnalist Uolter Ayzekson tərəfindən yazılan Leonardo da Vinçinin bioqrafiyasıdır. İş adamı müəllifin əfsanəvi rəssam və ixtiraçının həyatına müxtəlif tərəflərdən yanaşdığını deyib.