"İbrahimbəyov Balayanla birlikdə Azərbaycana qarşı təhlükəli təxribat hazırlayır"


Digərləri 24 May 2018 21:17:00 197 0

"İbrahimbəyov Balayanla birlikdə Azərbaycana qarşı təhlükəli təxribat hazırlayır"

"Mənim yaxın qohumlarım, ailə yaxınlarım ermənilərin Azərbaycan qarşı törtədiyi hadisələrin qurbanı olub. Mən onun bu hərəkətinə heç cürə sakit yanaşa bilmərəm"

Son.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri kinorejissor Cəmil Quliyev Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu Azərbaycan xalqının vəhşi, qəddar, milli kökləri olmayan, ermənilərin isə sülhsevər, mədəni insan kimi təqdim edildiyi "Qafqaz üçlüyü" filminə münasibət bildirərkən deyib.

O bildirib ki, bu gün Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilən film heç bir bədii keyfiyyətlərə malik deyil:

"Müxtəlif ölkələrdən erməni diasporasından aldığı qrantlar hesabına, bir neçə ermənipərəst aktyorları ətrafına toplayaraq ərsəyə gətirdiyi bir "film"dir. Bu filmdə azərbaycan xalqını alçaldaraq erməni xalqının alicənab, sülhsevər insanlar kimi təsvir edirlər. Filmdə bir epizod var ki, azərbaycanlı uşaq qaya üzərində dayanıb suya atılmağa qorxur. Bizim xalqımızı bu qədər qorxaq, aciz təsvir ediblər. Xalqımızın üzərinə müxtəlif mənfi cəhətlər yüklənib. Daha bir mənfi epizod isə guya azərbaycanlıların vəhşiliyi tərənnüm etməsidir. Bir səhnədə azərbaycanlılar yığılaraq Gürcüstan vətəndaşı olan yaşlı kişini amansızca döyərək öldürürlər. Doğma xalqına qarşı bu qədər yalan, iftira yazmaqla o insan nəyə nail olmaq istəyir? Azərbaycan xalqı ona nə pislik edib?! Bu insan hələ də Azərbaycan Kinematoqraflar İttifaqının rəhbəridir. Bu qədər hadisəyə baxmayaraq, bəzi kino xadimləri susur və o ittifaqda fəaliyyətlərini davam etdirirlər. Bunun özü də mənim üçün çox ağırdır. O gürcü rejissoru Eldar Şengelaya getsin Cənubi Osetiyanın, Abxaziyanın probemləri ilə məşğul olsun. O kimdir ki. Dağlıq Qarabağ problemini həll edir?!"