Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir


Digərləri 24 May 2018 20:59:53 194 0

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvilidən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Bakı. Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvilidən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Təbrikdə deyilir:"Hörmətli cənab Prezident. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sizi təbrik etməkdən böyük məmnunluq hissi duyuram. Ölkənizin və xalqınızın xoşbəxtliyi və rifahı üçün ən xoş arzularımı çatdırıram. Zati-aliləri, ölkənizdə turizm sənayesinin inkişafına göstərdiyiniz şəxsi dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. Bu dəstək Sizin rəhbərlik etdiyiniz hökumətin turizm sahəsinə ölkənin davamlı sosial-iqtisadi inkişafında əsas vasitə kimi yanaşmasının əhəmiyyətini təcəssüm etdirir. Sizin Sərəncamınızla ölkənizdə Dövlət Turizm Agentliyinin təsis olunması məni çox sevindirdi. Biz artıq Agentliyin sədri ilə əlaqə saxlamışıq və Azərbaycanın turizm sənayesinin gələcək inkişafı üçün üzərinə götürdüyü öhdəliklərlə bağlı tam dəstəyimizi ifadə etmişik. Cənab Prezident, Sizi bir daha təbrik edirəm. Sizə olan ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm". XXX Birləşmiş Ərəb Əmirlikləri Dövlətinin Prezidenti Xəlifə bin Zayed Al Nahyandan: "Möhtərəm cənab Prezident. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırır və Birləşmiş Ərəb Əmirlikləri xalqının bu münasibətlə böyük fərəh hissi keçirdiyini xalqınıza çatdırmağı Sizdən rica edirəm. Əlamətdar bayram münasibətilə Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və davamlı uğurlar, dost Azərbaycan xalqına xeyir və xoşbəxtlik arzulayıram. Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə böyük hörmət və ehtiramımı izhar edirəm". XXX Birləşmiş Ərəb Əmirlikləri Dövlətinin Əbu-Dabi Əmirliyinin Vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nahyandan Litva Prezidenti Dalya Qribauskaytedən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib: "Zati-aliləri. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Dost və qardaş xalqınıza Sizin müdrik rəhbərliyiniz altında davamlı tərəqqi və rifah, Zati-alinizə möhkəm cansağlığı arzulayıram. Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə böyük hörmət və ehtiramımı ifadə edirəm". XXX İraq Respublikasının Prezidenti Fuad Məsumdan: "Əs-səlamu aleykum varahmatullahi vabarakatuhu. Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi İraq Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan təbrik edirəm. Fürsətdən istifadə edərək, İraq Respublikasının ölkələrimiz arasında müxtəlif sahələrdə mövcud olan əlaqələri xalqlarımızın mənafeyi naminə inkişaf etdirmək və möhkəmləndirmək istəyini bir daha vurğulayıram. Möhtərəm cənab Prezident, Sizə davamlı uğurlar və möhkəm cansağlığı, dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram". XXX Rumıniyanın Prezidenti Klaus Verner İohannisdən: "Əziz cənab Prezident. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi, sülh və firavanlıq arzularımı çatdırıram. Ölkələrimiz arasındakı strateji tərəfdaşlığın bütün sahələrdə birgə səylərimiz və hərtərəfli siyasi dialoq vasitəsilə daha da güclənəcəyinə tam əminliyimi bildirirəm. Əziz cənab Prezident, xahiş edirəm, Sizə olan yüksək ehtiramımı qəbul edəsiniz". XXX Litva Prezidenti Dalya Qribauskaytedən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Təbrikdə deyilir: "Hörmətli Prezident. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Sizi və xalqınızı təbrik edirəm. Ölkənizə səmimi qəlbdən davamlı uğurlar, firavanlıq və sülh arzulayıram. Bu il Azərbaycan və Litva xalqları müstəqil dövlətin qurulmasına aparan mürəkkəb yolu, əlamətdar yubileyləri birgə qeyd edirlər. Mən tam əminəm ki, ölkələrimizin qüdrətli və firavan dövlət və açıq cəmiyyətlər qurmaq uğrundakı ortaq maraqları Litva və Azərbaycan arasında dialoqu ikitərəfli formatda və Avropa İttifaqı ilə münasibətlər kontekstində daha da möhkəmləndirmək üçün güclü təkan olaraq qalır. İnanıram ki, ticarət, energetika, innovasiyalar, təhsil, mədəniyyət və bir çox sahələrdə qarşılıqlı anlaşmaya əsaslanan açıq əməkdaşlığın daha da möhkəmləndirilməsi vətəndaşlarımız arasında birgə səmərəli fəaliyyət üçün yeni imkanlar açacaq. Cənab Prezident, icazə verin bir daha milli bayramınız münasibətilə Sizə təbriklərimi çatdırım və bütün Azərbaycan xalqına gözəl bayram arzulayım. Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin