Andras Des: Bu musiqini Qız Qalasının vətənində ifa edəcəyimə görə çox şadam


Digərləri 24 May 2018 19:54:54 264 0

Andras Des: Bu musiqini Qız Qalasının vətənində ifa edəcəyimə görə çox şadam

İyun ayının 4-dən 8-dək Beynəlxalq Muğam Mərkəzində Baku Summer Jazz Days layihəsi təqdim olunacaq.

Bakı. İyun ayının 4-dən 8-dək Beynəlxalq Muğam Mərkəzində, Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Premier Art Management production" şirkətinin təşkil etdiyi yeni Baku Summer Jazz Days (Bakı Yay Caz Günləri) layihəsi təqdim olunacaq. Bakı Yay Caz Günlərində müxtəlif ölkələrdən olan, fərqli caz üslubunda ifa edən musiqiçilərin verəcəyi beş konsert nəzərdə tutulub. İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az Yay Caz Günlərinin açılışı ərəfəsində Trend oxucularını festivalın musiqiçiləri və iştirakçıları ilə tanış etmək istərdik. Bu gün sizə Macarıstandan olan qonaqlarımızı təqdim edirik. Festivalın təşkilatçısı Premier Art Management layihə rəhbərlərindən biri olan, perküsyonist və zərb alətləri ifaçısı Andras Desin müsahibəsini təqdim edir. - Bu Bakıya ilk səfərinizdir? Gözləntiləriniz nədir? Mən iki il əvvəl Bakıya ilk səfərimi etmişdim, amma çox qısa bir səfər oldu. Ümid edirəm ki, bu dəfə bu gözəl şəhər ilə daha yaxından tanış ola biləcəm. - Konsert zamanı yeni ifalar nəzərdə tutulubmu? - Biz son layihəmiz olan Maiden Tower (Qız Qalası) albomunu səsləndirəcəyik. Bu albom 2016-cı ilin yazında yazılmış və keçən il buraxılmışdı. - Siz bizim caz ifaçımız Elçin Şirinovla tanışsınız, bəs caz irsimizlə tanışsınızmı? - Təəssüf ki, mənim Azərbaycan caz irsi lə tanış olmaq imkanım olmayıb, amma Bakıdan yaxşı caz ifaçıları ilə görüşmüşəm. Son səfərim vaxtı gözəl bir caz klubda unudulmaz bir axşam keçirtmişəm. - Elçin Şirinovla əməkdaşlığa necə başladınız? - Biz Budapeştdə olarkən Polşanın tanınmış caz ifaçısı Grzegorz Karnasın qrupunda birlikdə ifa etdiyimiz zaman tanış olduq. Voicingers festivalında iştirak etdiyimiz zamanda da bir neçə dəfə görüşmüşdük. - Elchin Shirinov &Trio András Dés layihəsinin yaradılması kimin fikri olub? - İlk dəfə Elçinlə tanış olduğumuz zaman bu öz-özünə baş verdi, biz mütləq birgə iş görməliydik. Sonra Budapeştdə birlikdə bir konsert təşkil etdik və bu qrupun necə möhtəşəm səsləndiyini başa düşdük. Dərhal studiyaya yollandıq.