“Xalçaların dili” Qazaxıstanda moda həftəsini fəth edib (FOTO)


Digərləri 24 May 2018 19:20:42 313 0

“Xalçaların dili” Qazaxıstanda moda həftəsini fəth edib (FOTO)

Gülnarə Xəlilovanın “Xalçaların dili” adlı kolleksiyası Qazaxıstanın Şımkənd şəhərində keçirilmiş “Aspara Fashion Week” Moda həftəsində böyük uğurla nümayiş etdirilib.

Bakı. Vüqar İmanov - Sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın rəhbərlik etdiyi Azərbaycan Milli Geyim Mərkəzinin və "Gulnara Khalilova" Moda Evinin “Xalçaların dili” adlı kolleksiyası Qazaxıstanın Şımkənd şəhərində keçirilmiş “Aspara Fashion Week” Moda həftəsində böyük uğurla nümayiş etdirilib. Trend-in məlumatına görə, “Xalçaların dili” Azərbaycan xalçalarının ornamentlərindən istifadə olunmuş müasir dizayner həllidir.