Bakı Şopinq Festivalı zamanı ƏDV-nin bir qismini necə geri almaq olar?


Digərləri 24 May 2018 18:40:32 258 0

Bakı Şopinq Festivalı zamanı ƏDV-nin bir qismini necə geri almaq olar?

Artıq 24-cü gündür ki, Azərbaycan vətəndaşları və xarici turistlər Bakı Şopinq Festivalının yaratdığı fürsətlərdən faydalanırlar.

Bakı. Artıq 24-cü gündür ki, Azərbaycan vətəndaşları və xarici turistlər Bakı Şopinq Festivalının yaratdığı fürsətlərdən faydalanırlar. Trend-in məlumatına görə, festival ən çox ziyarət olunan ticarət mərkəzləri ilə yanaşı, şəhərin müxtəlif ünvanlarında yerləşən mağazaları da əhatə edir. Mağazaların ünvanları ilə festivalın rəsmi saytında http://bakushopfest.com/our-stores/ keçidi vasitəsilə tanış olmaq mümkündür. Festival çərçivəsində 100 manatdan artıq alış-veriş edən şəxs xərclədiyi məbləğin ƏDV-nin bir qismini geri ala bilər. Bunun üçün o, ilk növbədə şopinq etdiyi mağazaya ƏDV-nin bir hissəsini əldə etmək istədiyini bildirməli və Vergi Hesab Fakturası (VHF) almalıdır. Daha sonra çek, VHF və aldığı məhsullarla (ağır əşyalar istisnadır) təsdiq üçün ƏDV köşkünə yaxınlaşmalıdır. Bakı Şopinq Festivalında iştirak edən mağazalardan alış-veriş edərək Vergi Hesab Fakturası alan alıcılar istənilən ƏDV köşkünə yaxınlaşıb sənədi təsdiqlədə bilərlər. ƏDV köşkləri Gənclik Mall, 28 Mall, Park Bulvar, Metropark, Nargiz Mall, Port Baku Mall və Əhmədli qəsəbəsində yerləşən Bravo hipermarketində yerləşir.