Beren və Kıvanç yenidən bir araya gələcək?


Digərləri 24 May 2018 18:36:00 238 0

Beren və Kıvanç yenidən bir araya gələcək?

Türkiyəli aktrisa Beren Saat və aktyor Kıvanç Tatlıtuğa yeni layihədə bir araya gəlmək təklif olunub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, 2015-cı ildən bəri heç bir filmdə rol almayan Beren hər bölüm üçün 130 (təxminən 60 min manat), Kıvanç isə 160 (təxminən 75 min manat) min lira istəyib. Lakin aktisa tərəf müqabilinin ondan çox qazanacağını öyrəndikdən sonra istəyini 160 min lirəyə qaldırıb. Təklifi qəbul edilməyən aktrisanın yerinə yeni baş qəhrəman seçiləcək.