London klubu 2 müdafiəçi ilə yollarını ayırdı


İdman 24 May 2018 18:34:00 348 0

London klubu 2 müdafiəçi ilə yollarını ayırdı

Manuel Pelleqrinini baş məşqçi postuna gətirən West Ham United artıq 2 futbolçu ilə yollarını ayırmaq qərarına gəlib. Goal.az xəbər verir ki, müdafiəçilər Ceyms Kollinz və Patris Evranın müqaviləsi yenilənməyib.

Kollinz 2007-ci ildən "çəkicdöyənlər"in şərəfini qoruyurdu. Daha öncə futbolçu klubdan gedəcəyi barədə xəbəri elektron poçtuna gələn məktubdan öyrənməsinə görə məyus olmuşdu. Evra fevralda azad agent kimi West Ham-ə keçmişdi.