Avro-2020: Bakıda keçiriləcək oyunların tarixi açıqlandı


Digərləri 24 May 2018 18:34:00 274 0

Avro-2020: Bakıda keçiriləcək oyunların tarixi açıqlandı

UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarının tarixlərini açıqlayıb.

Bakı. UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarının tarixlərini açıqlayıb. Bu barədə Trend AFFA-ya istinadən məlumat verir. Bakı Olimpiya Stadionunda da Avro-2020-nin 4 oyunu təşkil olunacaq. Bunlardan 3-ü qrup mərhələsinin, 1-i isə 1/4 final mərhələsinin oyunlarıdır.