Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı Xətai məktəbində mühazirə təşkil olunub


Digərləri 24 May 2018 18:36:50 202 0

Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı Xətai məktəbində mühazirə təşkil olunub

Tədbirdə müəllim və şagird kollektivi, məktəblilərin valideynləri iştirak ediblər.

Bakı. Mayın 24-də Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Bilik Fondundan Trend-ə verilən məlumata görə, tədbirdə müəllim və şagird kollektivi, məktəblilərin valideynləri iştirak ediblər. Məktəbin direktoru Nurqələm Bayramova qonaqları salamlayaraq Cümhuriyyət tariximizin şərəfli səhifələrindən söz açıb, tədbir iştirakçılarını Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 100 illiyi münasibəti ilə təbrik edib. Məktəbin tarix müəllimi Dilbər Əsədova Azərbaycan xalqının zəngin dövlətçilik tarixindən danışıb, Xalq Cümhuriyyətinin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə böyük töhfələr verdiyini vurğulayıb. Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini dövlətçilik tariximizə sayqı kimi dəyərləndirərək təmsil etdiyi qurumun bu il çərçivəsində həyata keçirdiyi layihələr barədə məlumat verib.