Çempionlar Liqasının finalı İstanbulda keçiriləcək


Digərləri 24 May 2018 18:23:00 212 0

Çempionlar Liqasının finalı İstanbulda keçiriləcək

Bu gün Kiyevdə UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Bakı. Orxan Nəbiyev - Bu gün Kiyevdə UEFA İcraiyyə Komitəsinin iclası keçirilib. Trend-in məlumatına görə, iclas zamanı 2019-2020-ci il mövsümündə Çempionlar Liqası və Avropa Liqasının final oyunları, eləcə də 2020-ci il UEFA Superkuboku matçının keçiriləcəyi şəhərlər açıqlanıb. Belə ki, həmin il Çempionlar Liqasının finalı Türkiyənin İstanbul şəhərində, Atatürk Olimpiya stadionunda keçiriləcək. Avropa Liqasının final matçına isə Polşanın Qdansk şəhəri ev sahibliyi edəcək.