Müğənnilərin biznesi


Şou-biznes 24 May 2018 17:54:00 367 0

Müğənnilərin biznesi

Azərbaycanın tanınmış sənətçilərinin, xüsusilə də müğənnilərin biznes fəaliyyəti ilə məşğul olması barədə xəbərlərə tez-tez rast gəlmək mümkündür. Onlardan bəziləri bunu açıq şəkildə hər yerdə etiraf etsə də, bir hissəsi isə yayılan xəbərlərin həqiqətə uyğun olmadığını söyləyir.

Son.az xəbər verir ki, əməkdar artist İlqar Muradov "Report"a bildirib ki, zaman-zaman "Fayton" restoranının sahibi olması haqqında xəbərlər yayılır: 

"Artıq bir çoxları bunu həqiqət kimi qəbul ediblər. Lakin mən müğənilikdən başqa, heç bir biznes fəaliyyəti ilə məşğul olmuram. Həmin restoran da dostuma məxsusdur və əvvəllər mahnılarımı orada ifa edirdim. Bəlkə də, buna görə "Fayton" restoranının mənə məxsus olduğunu düşünürlər. Mən yalnız Azərbaycan Milli Konservatoriyasında baş müəllim işləyirəm".

Əməkdar artist Tünzalə Ağayevanın isə biznesi var. Onun produseri Yalçın Cabbarov deyib ki, müğənni "Menar Azərbaycan" Uşaq İnkişaf Mərkəzinin yaradıcısıdır. O, sənətçinin hazırda yeni biznes fəaliyyəti qurmaq niyyətində olduğunu, ancaq sahənin hələlik məlum olmadığını söyləyib.

Əməkdar artist Vasif Məhərrəmli oğlunun adına kişi geyimi mağazası olması xəbərlərini inkar edərək yayılan məlumatları yalan adlandırıb.

Əməkdar artist Baloğlan Əşrəfov da restoranı olması ilə bağlı xəbəri təkzib edib: