Oğurluqda təqsirləndirilən FHN zabiti apellyasiya şikayəti verdi


Digərləri 24 May 2018 17:31:00 300 0

Oğurluqda təqsirləndirilən FHN zabiti apellyasiya şikayəti verdi

Bakıda oğurluqda təqisrləndirilən mütəşəkkil dəstənin üzvləri - Orxan Quliyev, Təhməz Əsgərov, Nicat Əliyev, Rişan Bayramov, Cavid İsazadə və Camal Heydərov barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.

Son.az report-a istinadən xəbər verir ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclası keçirilib.

Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, dəstə üzvləri 2016-cı ilin sonlarından etibarən Badamdar qəsəbəsində mənzillərə girərək külli miqdarda pul, qızıl-zinət əşyaları, məişət avadanlığı aparıblar.

Dəstə üzvlərindən biri - N.Əliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı olub. O, daxili xidmət baş leytenantı rütbəsində xidmət edib.