İran üçün taxıl


Digərləri 24 May 2018 17:31:00 262 0

İran üçün taxıl

İran 2017-ci ildə dünyada arpa idxalının həcminə görə Səudiyyə Ərəbistanı və Çindən sonra üçüncü olub.

Bakı. Nəqliyyat-logistika sahəsinin ekspertləri üçün yaz mövsümü dəyişməz olaraq toxum, pestisidlər, gübrə kimi müəyyən mal qruplarının, bir sözlə əkin mövsümü ilə əlaqədar bütün malların yükdaşıma həcmlərinin artması ilə bağlıdır. Bu dövr İran kimi cənub regionlarında şimal qonşulardan bir az əvvəl başlayır: bu ölkələrin aqrarçıları üçün artıq fevralın sonunda çətin dövr başlayır. Lakin çətinlik təkcə işin miqyası baxımından deyil, həm də əlverişsiz iqlim şəraiti ilə əlaqədardır. İrana daxili bazarın özünü təmin etməsi üçün özünün yetişdirdiyi buğda və arpa həcmləri kifayət etdiyi halda, emal sektoru böyük dərəcədə idxal olunan xammaldan asılıdır. Belə ki, İran 2017-ci ildə dünyada arpa idxalının həcminə görə Səudiyyə Ərəbistanı və Çindən sonra üçüncü olub. Bununla belə, ixrac edilən xammalın 25 faizi Rusiyadan İrana tədarük edilib. Rusiyadan İran istiqaməti üzrə taxıl bitkilərinin daşınma xüsusiyyətləri barədə “AsstrA-Associated Traffic AG” şirkətində Iran Country Manager olan Məhəmməd Sadiqxorabadi - Rusiya-İran istiqaməti üzrə dənli bitkilərin daşınmasına tələbatın artması və ya azalmasını qeyd edirsinizmi, bu nə ilə əlaqədardır? Yaxın müddət üçün bazar üzrə hansı proqnozu verə bilərsiniz? - Mən dəqiq deyə bilərəm ki, sonradan İrana ixrac üçün Rusiyada alınan dənli bitkilərinin həcmi artır. Bu, hətta bizim müştərilərimizin sifarişlərindən görünür: belə ki, bu yaxınlarda, praktiki olaraq eyni vaxtda biz iki müxtəlif müştəridən Saratov və Volqoqraddan İrana arpa və mərcinin daşınması üzrə sorğular aldıq. Daşınan yükün ümumi həcmi təqribən 3,5 min ton təşkil edib. Və biz məhz bu istiqamət üzrə dənli bitkilərin daşınması üçün mütəmadi sayılı sorğular alırıq. Bu, ilk növbədə hava şəraiti ilə əlaqədar İran bazarına marağın artması ilə bağlıdır. Fevral ayının sonunda İranda Böhran vəziyyətlərinin idarə edilməsi üzrə Milli Mərkəz bütün ölkədə quraqlığın yayılması (qeyd.ölkə ərazisinin 97 faizi) barədə məlumat verib. Belə şəraitdə, iyulda toplanmış məhsulun İranın daxili bazarını təmin edə biləcəyi artıq indi çox az ehtimal edilir, hələ mən unüyüdən zavodlardan danışmıram. Onlar bərəkətli illərdə də İran xammalı ilə cəmi 50 faiz yüklənib. Buna görə də biz yaxın vaxtlarda həm arpa və mərcinin daşınma sayı və həcmlərinin artmasını, həm də bu siyahıya buğda, düyü və digər bitkilərin əlavə olunmasını gözləyirik. - İran son illər ərzində kənd təsərrüfatı məhsullarının, o cümlədən dənli bitkilərin idxalına bir neçə qadağa qoyub. Bu, yükdaşımaların həcminə necə təsir göstərir? - İranın kənd təsərrüfatı sektorundakı qadağalar kifayət qədər çevikdir. Belə ki, ötən ilin noyabr ayında düyü idxalına qoyulmuş qadağa ləğv edilib. Üç həftə bundan əvvəl isə İran, Rusiya və Qazaxıstan buğda ticarəti haqqında üçtərəfli saziş imzalayıblar və bu, ötən ilin mart ayında qəbul edilmiş iki illik qadağaya rəğmən edilib. - Logistika barədə danışsaq, siz taxılı əsasən konteynerlərdə, yoxsa tentlərdə daşıyırsınız? Sifarişçi üçün hansı variant sərfəlidir?