"Zərli Tac kamallı başa yaraşır" müsabiqəsinin qalibləri bilindi FOTO


Digərləri 24 May 2018 17:24:00 296 0

"Zərli Tac kamallı başa yaraşır" müsabiqəsinin qalibləri bilindi  FOTO

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə ustad aşıq Dədə Şəmşirin Ulu Öndər Heydər Əliyevə həsr etdiyi şeirlərdən ibarət "Zərli Tac kamallı başa yaraşır" adlı bədii qiraət müsabiqəsinin təqdimat mərasimi keçirilib. 

Son.az bildirir ki, bədii qiraət müsabiqəsinin finalçıları Dədə Şəmşirin Ulu Öndərə həsr etdiyi şeirləri səsləndiriblər.

Münsiflər Heyətinin üzvləri - Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, bədii qiraət ustası Ağalar Bayramov, şairə Fərqanə Mehdiyeva, tənqidçi Əsəd Cahahgir, "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin əməkdaşı Həqiqət Şükürova və AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Qürbət Mirzəzadə iştirakçıları müvafiq şəkildə qiymətləndiriblər.


Xəbərə aid fotolar