2020-ci il Çempionlar Liqasının finalı bu stadionda keçiriləcək


İdman 24 May 2018 17:07:00 289 0

2020-ci il Çempionlar Liqasının finalı bu stadionda keçiriləcək

2020-ci ildə UEFA Çempionlar Liqasının final oyunu Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Goal.az xəbər verir ki, matç "Atatürk" Olimpiya Stadionunda olacaq. Bu arena səsvermədə Portuqaliyanın paytaxtı Lissabondakı "Estadio da Luj" stadionunu üstələyib. 

Qeyd edək ki, 2005-ci ildə qitənin ən nüfuzlu klub turnirinin finalında İngiltərə təmsilçisi Liverpool-un İtaliya Milan-ını məğlub etdiyi oyun da bu arenada baş tutub.