Ukraynanın sanksiya tətbiq etdiyi Rusiya mətbu orqanlarının adları açıqlanıb


Dünya 24 May 2018 16:57:51 236 0

Ukraynanın sanksiya tətbiq etdiyi Rusiya mətbu orqanlarının adları açıqlanıb

Sanksiya üç il ərzində qüvvədə qalacaq

Ukrayna Rusiyanın kütləvi informasiya vasitələrinə qarşı sanksiya tətbiq edib.

“Report” “112Ukraina”ya istinadən xəbər verir ki, sanksiya üç il ərzində qüvvədə qalacaq.

“Rusiya-24”, “Pervıy kanal”, “NTV”, “Naşe Radio”, “Ren TV”, “TNT-Teleset” və “Moskva Media” səhmdar cəmiyyətləri, eləcə də “Millim Media Qrupu” sanksiyaya məruz qalanlar arasındadır.