Maradona: "Bu sistemlə 1930-cu ildə oynayırdılar"


İdman 24 May 2018 16:32:00 273 0

Maradona: "Bu sistemlə 1930-cu ildə oynayırdılar"

Əfsanəvi futbolçu Diyeqo Maradona Argentina millisini növbəti dəfə tənqid edib. Goal.az xəbər verir ki, onun əsas hədəfi komandanın baş məşqçisi Xorxe Sampaoli olub.

"Komandanın bircə problemi var. Bu, futbolçuları toplayıb onlara nə etmək lazım olduğunu deyən şəxsdir. Bu insanın aydın təsəvvürü yoxdur, milli necə oynayacaq. Belə şərtlərlə futbolçular möcuzə yarada bilməz. Mən oxumuşam ki, Sampaoli 2-3-3-2 oyun sisteminə üstünlük verəcək. Bu gülüncdür. Bu sistemlə 1930-cu ildə oynayırdılar" - Maradona deyib.