Azərbaycanda kreditlərin məqsədyönlü istifadəsinə nəzarət gücləndiriləcək FOTO


Digərləri 24 May 2018 16:22:00 294 0

Azərbaycanda kreditlərin məqsədyönlü istifadəsinə nəzarət gücləndiriləcək  FOTO

Kreditlərin məqsədyönlü istifadəsinə nəzarət məqsədilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti səlahiyyətli kredit təşkilatları ilə birgə kredit monitorinqi keçirəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu xidmətin rəhbəri Mirzə Əliyev deyib.

Onun sözlərinə görə, bu sahədə problemlərdən biri odur ki, götürülən kreditlər təyinatı üzrə yox, şəxsi məqsədlər üçün istifadə olunur:

"Bu isə problemli kreditlərin artmasına gətirib çıxarır. Ona görə də biz səlahiyyətli kredit təşkilatları ilə birgə monitorinq keçirəcəyik. Bu, heç bir halda sahibkarlara maneə olmayacaq".


Xəbərə aid fotolar